“Bakı Əyrici Toxucu” ASC 2022-ci ili 139 min manat zərər ilə başa vurub.
Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Bakı Əyrici Toxucu”nun ümumi gəlirləri 8 milyon 982 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 321 min manat, maliyyə sanksiyası üzrə ödəmələri 599 min 300 manat təşkil edib.
31 dekabr 2022-ci il tarixinə “Bakı Əyrici Toxucu” ASC-nin cəmi aktivləri 0.6% artaraq 2 milyon 998 min manat., cəmi öhdəlikləri 19% artaraq 1 milyon 538 min manat, cəmi kapitalı isə 13.4% azalaraq 1 milyon 460 min manat olub.
Qeyd edək ki, “Bakı-Əyrici-Toxucu” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 597 654 manatdır və qanuni təmsilçisi İslam Məmmədovdur.