7 C
Baku
Saturday, December 7, 2024

Bakı Aeroportu bu il 4 milyondan çox sərnişinə xidmət göstərib

Bu ilin yanvar-noyabr aylarında Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda 4.04 milyon sərnişinə xidmət göstərilib.

11 ay ərzində ölkənin hava limanları isə 5 milyona yaxın sərnişinə xidmət göstərib.

O cümlədən, ötən ay Bakı aeroportunun xidmətlərindən 375 min nəfər istifadə edib ki, onlardan da 324 mini beynəlxalq reyslərin sərnişinləridir.

Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) və onun aşağı büdcəli törəməsi – “Buta Airways” noyabr ayında beynəlxalq istiqamətlərdə müvafiq olaraq 91 min və 45 min sərnişinə xidmət göstərib. Qeyd edilən aviaşirkətlərin beynəlxalq daşımaların ümumi sayında payı müvafiq olaraq 28% və 14% təşkil edib.

Ay ərzində eydər Əliyev Beynəlxalq Aeroportuna 28 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişini AZAL və “Buta Airways” ilə yanaşı, “Turkish Airlines”, “Aeroflot”, “Utair”, “FlyDubai” və “Azimuth” aviaşirkətləri daşıyıb.

Ötən ay Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna Moskva, İstanbul, Dubay, Tbilisi, Əbu-Dabi, Şarca, Daşkənd, Mineralnıye Vodı, Ciddə və Ankara daxil olmuşdur. Ümumilikdə bu istiqamətlər üzrə 225 min nəfərə xidmət göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin tutumuna görə Azərbaycanın və regionun ən böyük hava limanıdır, onu nüfuzlu “Skytrax” beynəlxalq agentliyi ən yüksək “5-ulduz” reytinqinə, həmçinin COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə maksimal reytinqə layiq görüb.

Bu ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax” beynəlxalq agentliyinin versiyasına görə ardıcıl olaraq beşinci dəfə MDB ölkələri sırasında ən yaxşı hava limanı statusunu təsdiqləyərək Skytrax World Airport Awards mükafatına layiq görülüb. Qeyd edilən mükafat mülki aviasiya sahəsi üçün keyfiyyət meyarıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər