15 C
Baku
Friday, April 26, 2024

Bakı Aeroportu ötən ilin ən punktual aviaşirkətləri seçdi

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin dekabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.

2019-cu ilin dekabr ayı ərzində Bakıdan yola düşərkən üç aviaşirkət – “Etihad Airways”, “Kuwait Airways” və “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları) 100% punktuallıq göstəriblər.

“Aeroflot” və “Gulf Air” aviaşirkətləri planlaşdırılmış uçuşların ən azı 90%-ni cədvələ uyğun yerinə yetiriblər. “Nordwind” (88,9%) və “Lufthansa” (88,2%) aviaşirkətləri, həmçinin, yüksək nəticələr göstəriblər.

Ümumilikdə isə, 2019-cu ilin dekabr ayı ərzində uçuşların 75%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilib.

Qeyd edək ki, ümumilikdə 2019-cu ilin dekabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 60-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 37 sərnişin aviaşirkətinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər