1 C
Baku
Saturday, December 14, 2024

Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin sayı artırılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin sayı artırılıb.

Banker.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmov sözügedən məhkəməyə ezam edilib.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki hakim yaxın vaxtlarda təqaüdə çıxacaq. Onlardan biri Əhməd Quliyevdir. E.Rüstəmov Ə.Quliyevin olduğu tərkibə daxil edilib.

Binəqədidə mebel sexində baş vermiş yanğına görə ittiham olunan Tağı İbrahimov və Toğrul Rzayevin işinə Elmin Rüstəmovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Elmin Rüstəmov ictimaiyyətin diqqət mərkəzində olan bir sıra cinayət işlərini araşdırır. Onların arasında Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun işi də var. Onun çıxardığı hökmə əsasən, A.Məmmədov 11 il 6 ay müdətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər
Digər xəbərlər