6 C
Baku
Monday, December 16, 2024

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 15-16 iyul tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edib.

Banker.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Belə ki, 15 və 16 iyul tarixlərində əlavə reys üzrə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:22-də çatacaq. Əks istiqamət üzrə həmin tarixlərdə əlavə reyslə saat 17:10-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 22:10-da çatacaq.

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır.

Marşrut üzrə Bakıdan Yevlaxa kimi bir istiqamətə gediş haqqı standart yerlərdə 13 manat, Bakı-Goran istiqaməti üçün 14 manat, Bakı-Gəncə istiqaməti üçün 15 manat, Bakı-Qovlar istiqaməti üçün 16 manat, Bakı-Tovuz istiqaməti üçün isə 16 manat, Bakı-Ağstafa istiqaməti üçün 17 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər