23 C
Baku
Monday, September 16, 2024

Bakı-Alaniya reysləri ləğv edilib

Azərbaycanda turizm mövsümü və xaricə səyahətlər dövrü başlayan kimi Türkiyənin “Pegasus” şirkətinin Bakı-Alaniya reysləri ləğv edilib.

Banker.az Fed.az-a istinadən xəbər verir ki, şirkətin iyunun 20-dən sonra Bakı-Alaniya və əks istiqamətdə nəzərdə tutulan bütün reysləri ləğv edilib və yay mövsümünün sonunadək bu istiqamətdə uçuşlar olmayacaq.

“Pegasus”un Bakı ofisindən reyslərin ləğv edildiyini təsdiqləyiblər, amma səbəbini açıqlamayıblar. Şirkətdən bildirilib ki, iyunun 20-nə qədər alınan biletlərlə uçmaq “böyük ehtimalla mümkün olacaq”, amma ondan sonrakı reyslər ləğv edilib.

Hazırda “Pegasus”un Azərbaycandan iki istiqamətdə – Bakı-İzmir və Gəncə-İstanbul reysləri aktivdir.

MənbəFed.az
Son xəbərlər
Digər xəbərlər