Bakı-Ankara qatarı açılır- Qiymətlər

0

Bakı-Ankara qatarı fəaliyyətə başlayacaq.

Bu barədə Türkiyə Dəmiryollarının saytında yazılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Məlumata görə, qatarın əvvəllər Bakıdan Ankaraya 38 saata çatacağı deyilsə də, bu müddət 40 saatdan çoxdur. Amma bu müddətin azaldılmasına çalışılır.

Vaqonlardan asılı olaraq, qiymətlər 97-200 manat (350-800 türk lirəsi) aralığında olacaq. Bu məbləğ  təyyarə biletlərinin qiymətlərindən (850 lirə) aşağı, 280 lirə olan avtobus bilet qiymətlərindən yüksəkdir.

Qatarda dörd nəfərlik ailə və qruplar, cütlüklər, fiziki məhdudiyyətli şəxslər üçün rahat otaqlar yaradılıb.

Yemək servisi Azərbaycan Dəmiryolları tərəfindən təşkil olunacaq.

Qatar avqustda fəaliyyətə başlayacaq.

Hələ ki bir həftə üçün bir reys nəzərdə tutulur. Gələn il növbəti qatarın da xəttə buraxılması ilə səfər sayı həftədə iki dəfəyə çatdırılacaq.