Bakı Apellyasiya Məhkəməsi “TNN” QSC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Bakı Apellyasiya Məhkəməsi üçün yeni korpusun tikintisi işləri nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 3 595 478 manatdır.
Qeyd edək ki, “TNN” QSC 2006-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2020 manatdır və qanuni təmsilçisi Natiq Kərimovdur.