7 C
Baku
Thursday, December 12, 2024

Bakı, Astana və Daşkənd enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər

Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabel çəkməklə öz enerji sistemlərinin inteqrasiyası imkanlarını öyrənəcəklər.

Bu barədə Qazaxıstanın Energetika Nazirliyinin bəyanatında bildirilib.

Bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika nazirləri enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzalayıblar.

“İmzalanan memorandumun məqsədi Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsi çərçivəsində əməkdaşlığın əsas şərtlərini müəyyən etməkdir”, – Energetika Nazirliyi qeyd edib.

Son xəbərlər
Digər xəbərlər