9 C
Baku
Monday, November 18, 2024

“Bakı Ayaqqabı-2” əmlakın icarəsindən mənfəətini 2 dəfə artırıb

“Bakı Ayaqqabı-2” ASC 2023-cü ili 283 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 138 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “Bakı Ayaqqabı -2″nin xalis mənfəəti 2 dəfədən çox artıb.

Banker.az bu barədə ASC-nin maliyyə vəziyyəti haqqında hesabata istinadən xəbər verir.

“Bakı Ayaqqabı -2” ASC əsasən əmlakının icarəsindən gəlir əldə edir. 2022-ci ildə icarə gəliri 340 min manat ikən, 2023-cü ildə 408 min manata çatıb (20% artıb). Ötən il əmlakının yenidən qiymətləndirilməsi nəticəsində “Bakı Ayaqqabı -2″nin gəliri 2 dəfə artaraq 209 min manat olub.

31 Dekabr 2023-cü il tarixində “Bakı Ayaqqabı – 2” ASC-nin cəmi aktivləri 8 milyon 416 min manat, cəmi öhdəlikləri 20 min manat, cəmi kapitalı isə 8 milyon 396 min manat olub.

 

Son xəbərlər
Digər xəbərlər