“Bakı Ayaqqabı-2” ASC 2024-cü ili 671 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 283 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “Bakı Ayaqqabı -2″nin xalis mənfəəti 2.4 dəfə artıb.
Banker.az bu barədə ASC-nin maliyyə vəziyyəti haqqında hesabata istinadən xəbər verir.
“Bakı Ayaqqabı -2” ASC əsasən əmlakının icarəsindən gəlir əldə edir. 2023-cü ildə icarə gəliri 408 min manat ikən, 2024-cü ildə 532 min manata çatıb (30.4% artıb). Ötən il əmlakının yenidən qiymətləndirilməsi nəticəsində “Bakı Ayaqqabı -2″nin gəliri 3 dəfəyə yaxın artaraq 583 min manat olub.