“Bakı Ayaqqabı-2” ASC 2022-ci ili 138.411 manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 296.448 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə 2022-ci ildə “Bakı Ayaqqabı -2″nin xalis mənfəəti 2 dəfədən çox azalıb.
Banker.az bu barədə ASC-nin maliyyə vəziyyəti haqqında hesabata istinadən xəbər verir.
“Bakı Ayaqqabı -2” ASC əsasən əmlakının icarəsindən gəlir əldə edir. 2021-ci ildə icarə gəliri 381.641 manat ikən, 2022-ci ildə 339.468 manata düşüb (11% azalıb). Ötən il əmlakının yenidən qiymətləndirilməsi nəticəsində “Bakı Ayaqqabı -2″nin gəliri 2.2 dəfə azalaraq 102 min manat olub.