-3 C
Baku
Sunday, December 15, 2024

“Bakı Ayaqqabı Fabriki”ni alan şirkətin adı açıqlanıb

Xəbər verdiyimiz ki, Əmlak Məsələləri Dövlət Xidməti 17 oktyabr 2022-ci il tarixində “Bakı Ayaqqabı Fabriki” ASC-nin dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib. İştirakçıların təkliflərinin təhlili aparıldıqdan sonra daha əlverişli şərtlər təklif edən “Pepi-Əli Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub.

Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, müsabiqə qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 3,5 milyon manat məbləğində vəsaitin köçürülməsini, 2,5 il ərzində müəssisədə 5,5 milyon manatlıq İnvestisiya Proqramının icrasına dair öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.

İnvestisiya Proqramı çərçivəsində müasir avadanlıqların alınması, tikililərin təmiri və yenidənqurulması, müəssisənin xammal bazasının artırılması, infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur.

 

Son xəbərlər
Digər xəbərlər