ADY 5 yanvar 2026-cı il tarixindən etibarən Bakı–Balakən–Bakı marşrutu üzrə biletlərə 10% endirim tətbiq edir.
Banker.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.
Qış mövsümündə qüvvədə olacaq yeni tarifə əsasən, həftəiçi Bakıdan Balakənə və əks istiqamətə gediş haqqı 16.20 AZN-dən başlayır.






