28 C
Baku
Saturday, July 27, 2024

Bakı banklarında yenə dollar qıtlığı yaranıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında nağd dollar satışında yenidən qıtlıq müşahidə olunur.

Saytın əməkdaşları bu məqsədlə paytaxtda bir neçə bankda monitorinq aparıb. Məlum olub ki, bəzi banklarda ABŞ dollarının satışı dayandırılıb, digərlərində isə satışa məhdudiyyət qoyulub.

Məsələn, baş çəkdiyimiz “Bank Respublika”da və “Yapı Kredi Bank”da dollar satışı 1.6930 AZN/USD məzənnəsi üzrə həyata keçirilir. Amma bu banklarda dollar satışına limit qoyulub. Yəni 1 nəfərə 100 dollardan çox satılmır.

“VTB Bank”da isə, ümumiyyətlə, satışın dayandırıldığını bildirdilər. Səbəbi isə məlum deyil.

Baş çəkdiyimiz digər bir bankda – “Atabank”da dollar satışının limitsiz həyata keçirildiyini, lakin günorta saatlarına qədər bankda olan dollarların satılıb qurtardığını dedilər.

“Bu günə artıq dollar qalmayıb. Biz məhdudiyyət qoymadan satmışıq. Sabah gəlin, səhər olacaq”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu günə dolların rəsmi məzənnəsini 1.6280 AZN/USD səviyyəsində təyin edib.

-Virtual Azərbaycan

Son xəbərlər
Digər xəbərlər