17 C
Baku
Sunday, October 6, 2024

“Bakı Baş Səhiyyə Mərkəzi” radiasiya təhlükəsizliyini təmin etməyib, cərimələnə bilər

“Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi məhkəməyə verilib, protokol tərtib edilib.

Banker.az xəbər verir ki, bu protokol Ətraf Mühitin Mühafizəsi, Təbiətdən Istifadə Və Ekoloji Təhlükəsizlik Qaydalari Əleyhinə Olan Inzibati Xətalar – 268.0.1-ci maddəsi ilə irəli sürülüb.

Protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Azər Tağıyevdir.

İXM-in 268.0.1-ci maddəsinə görə, ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər