15 C
Baku
Friday, March 29, 2024

Bakı-Batumi aviareyslərinin sayı artırılır

“Buta Airways” aviaşirkəti Bakı-Batumi istiqamətində aviareyslərin sayını artırır.

APA-nın yerli bürosunun Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinə istinadən verdiyi məlumata görə, bu ilin iyulun 17-dən sentyabr ayının 18-dək müvafiq istiqamətlərdə müntəzəm uçuşların sayı artırılacaq. Uçuşlar “Embraer E190”, “Airbus 319” və “Airbus 320” tipli təyyarələrlə həyata keçiriləcək.

Qeyd edək ki, Bakıdan Batumi istiqamətində müntəzəm uçuşlara bu ilin iyunun 14-dən etibarən başlanılıb. Hazırda uçuşlar həftədə iki dəfə yerinə yetirilir.

Son xəbərlər
Digər xəbərlər