İyun ayının 26-dan etibarən Bakı Beynəlxalq Avtovağzal kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq. Avtobuslar Bakı vaxtı ilə saat 18.00 yola düşəcək, təyinat məntəqəsinə – Batumi şəhərinə isə növbəti gün saat 09.00-da çatacaq.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib ki, gediş qiyməti 40 manat təşkil edir. Beş yaşına qədər uşaqlara bilet pulsuzdur, 5 yaşından-10 yaşına qədər uşaqlar üçün biletin qiymətinin 50 faizi məbləğində ödəniş edilir.
Gələcəkdə sərnişin sıxlığı çox olduğu təqdirdə avtobusların hər gün reysə çıxması məsələsi də nəzərdən keçirilə bilər.
Avtobuslar kondisioner və Wi-Fi sistemi ilə təchiz olunub. Sərnişinlərə biletləri əvvəlcədən almaları tövsiyə olunur.