2 iyul 2024-cü il tarixində saat 10:00-da Bakı şəhərində hərraca çıxarılacaq dövlət müəssisəsi barədə məlumat açıqlanıb.
Banker.az xəbər verir ki, “Bakı Beton Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyəti satışa çıxarılır.
Hərraca çıxarılan ümumi ilkin (start) satış qiyməti 7 609 376 manat ttəşkil edir. Müəssisənin işçilərinə güzəştli satış bu elan dərc olunduğu gündən etibarən 25 gün ərzində keçirilir.
Hərracların keçirilməsi haqqında əlavə məlumatları “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsdən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsindən almaq olar.