Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinin 5 yaşlı uşağına tam bilet satmış kassiri cəzalandırıb

0

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Gəncə şəhərinə gedən sərnişinin 5 yaşlı uşağına tam bilet satılması ilə bağlı araşdırma aparıb.

Bunu Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Xəbər yayılmadan öncə ailə üzvlərindən biri bizimlə əlaqə saxladı, məsələni araşdırdıq və sərnişinin doğru dediyini təsbit etdik və ödədiyi artıq məbləği gəlib götürməsini xahiş etdik. Satışı həyata keçirən kassirlə bağlı ciddi ölçü götürüldü. Əgər şikayət varsa və sərnişin haqlıdırsa, bu məsələnin həllinə maksimum çalışırıq. Bəzən belə yazıları “Avtovağzalın özbaşınalığı” adlandırırlar. O zaman özbaşınalıq olardı ki, məsələ tam diqqətdən kənar qalardı”, – o deyib.