-1 C
Baku
Sunday, December 15, 2024

Bakı Beynəlxalq Aeroportunda 2 elektron qapı quraşdırılıb

Azərbaycan Prezidentinin “Azərbaycan Respublika­sında turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 20 fevral 2017-cı il tarixli sərəncamına əsasən dövlət sər­hədindən hərəkət edən şəxslərin sənədlərinin daha operativ və surətlə rəsmiləşdirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrində yeni texnologiyaların tətbiqi davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu məqsədlə pilot layihə olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalının gəl­mə zalında yeni 2 ədəd elektron qapı (e-gates) quraşdırılıb.

Bir sıra inkişaf etmiş ölkələrinin dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rində istifadə olunan elektron qapılar sərhəd nəzarətində tətbiq olunan qa­baqcıl texnologiyaların ən effektiv nümunələrindəndir.

Elektron qapıdan yalnız 16 yaşı tamam olan, biometrik sənədlərə malik Azərbaycan vətəndaşları istifadə edə biləcəklər.

Vətəndaşlar elektron qapılar vasitəsilə sərhəd nəzarətindən aşa­ğıdakı ardıcıllıqla keçə biləcəklər:

– dövlət sərhədindən hərəkət edən vətəndaş sənədlərini elektron qa­pının skan yerinə daxil edir.

– sənədin məlumatları və vətəndaşın elektron qapıda çəkilmiş bio­met­rik fotoşəkili avtomatik məlumat bazasına daxil olur, məhdudiyyət siyahıları ilə yoxlanılır və pozuntu olmadığı halda vətəndaş 30 saniyə ərzində dövlət sərhədindən avtomatik buraxılır.

– vətəndaşın sənədi və ya məhdudiyyəti ilə bağlı pozuntu aşkar­lan­dıq­da sistem siqnal verir.

206 ölkənin 2897 növ biometrik sənədini yoxlaya bilən elektron qa­pı­lar şəxslərin dövlət sərhədindən sürətli keçidini, sərhəd nəzarətinin da­ha effektiv həyata keçirilməsini təmin etməyə imkan verəcək.

©Report

Son xəbərlər
Digər xəbərlər