9 C
Baku
Thursday, December 12, 2024

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında azad ticarət zonası yaradılacaq

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərasizndə 400 hektar ərazini əhatə edəcək azad ticarət zonasının yaradılması nəzərdə tutulur. 

Bu barədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov ANS TV-nin “Hesabat” verilişinin qonağı olarkən bildirib.

Hazırda limanla əlaqəli, yeni pilot layihə üzərində işlədiklərini bildirən Taleh Ziyadov azad ticarət zonası layihəsinin qeyri-neft sektoruna böyük töhvə verəcəyini bildirb. Onun sözlərinə görə,  2018-ci ilə  qədər 400 hektarlıq bir əraziyə 1 milyarda yaxın investiyanın cəlb edilə bilər.

“Biz bu layihəyəni cənab prezidentin qeyri-neft sektorunda bir markası, brendi kimi görürük. Çünki bu layihə qeyri neft sektoruna ən böyük tövhəsini verə biləcək bir layihədir“, – deyən Taleh Ziyadov davam edib: “Azərbaycan nəhəng ticarət yollarının tam ortasında ideal coğrafi bir yerdə yerləşir. Biz Avropa, Çin,Hindistanla əlaqələndirici bir məkandayıq. Bu mərkəz qovşaq konsepti üçün ideal məkandır”.

Son bir ildə çox ciddi islahatların aparlıdığını da söyləyən Taleh Ziyadov yeni Bakı limanında çalışan işçiklərin maaşlarının rəqabət qabliyyətli olduğunu  və dövlət büdcəsindən deyil limanın əldə etdiyi gəlirlərdən ödənildiyini vurğuladı.

Yeni Bakı limanının regionda ən böyük ticarət limanlarından biri olduğunu və tezliklə yeni layihə ilə birlikdə ən böyük liman olacağını da Taleh Ziyadov diqqətə çatdırdı.

Son xəbərlər
Digər xəbərlər