-1 C
Baku
Sunday, December 15, 2024

“Bakı Bildirçin”in rəhbəri barəsində inzibati protokol tərtib edilib

Qida Təhlükəsizliyi Agentliyi (AQTA)  tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində fəaliyyət göstərən Rəhmanov Aqil Arif oğluna məxsus “Bakı Bildirçin” MMC-nin bildirçin kəsimi və yetişdirilməsi sahəsinə baxış keçirilib.

Banker.az xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.

Belə ki, yoxlama zamanı quşçuluq təsərrüfatının normativ texniki sənədlərin tələblərinə əməl edilmədən fəaliyyət göstərdiyi aşkar olunub. Belə ki, sexdə hisə verilmə prosesinin antisanitar şəraitdə, kustar üsullarla hazırlanmış avadanlıqlarda ağac yonqarları vasitəsilə həyata keçirildiyi məlum olub. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, müəssisə rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.

 

Son xəbərlər
Digər xəbərlər