Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi “Azon Plus” şirkəti ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə açıq məkan üçün LED reklam daşıyıcılarının satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği 193 min 355 manatdır.
Bildirək ki, “Azon Plus” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 10 manatdır.