25 C
Baku
Saturday, July 27, 2024

Bakı Cənubi Qafqazda yaşayış üçün ən ucuz paytaxt seçilib

Bakı şəhəri Cənubi Qafqazda yaşamaq üçün ən ucuz paytaxtdır.

Dünyanın 510 şəhərində yaşayış dəyəri reytinqinin tərtibatçıları belə qənaətə gəliblər. Reytinq Numbeo xidməti tərəfindən dərc edilib.

Reytinqdə dünya şəhərlərində yaşayış dəyəri Nyu-Yorkla müqayisə edilib.

Nəticədə Bakı 455-ci, Tbilisi 393-cü, İrəvan 353-cü yerdədir.

Postsovet məkanında ən bahalı paytaxt Tallindir (269-cu mövqe), ilk üçlüyü 287-ci yerlə Moskva bağlayıb.

Riqa 292-ci, Vilnüs 307-ci, Kiyev 407-ci, Kişineu 453-cü, Daşkənd 465-ci, Nur-Sultan 475-ci, Minsk 476-cı pillədə qərarlaşıb.

Postsovet məkanında ən ucuz paytaxt Bişkəkdir (477-ci yer).

Yaşamaq üçün ən bahalı şəhər Hamilton (Bermud adaları), ən ucuz şəhər isə Peşəvərdir (Pakistan).

Son xəbərlər
Digər xəbərlər