“Bakı Çayçəkici” ASC nizamnamə kapitalının 32 630 600 manatdan, 171 740 manata azaldığını elan edir.
Banker.az xəbər verir ki, nizamnamə kapitalının azalması ilə əlaqədar kreditorlar bir ay ərzində tələblərini AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Sakit Qocayev küçəsi, ev 21 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Bakı Çayçəkici” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Ayaz Babayevdir.