Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktoru Rasim Tahirov vəzifəsindən azad edilib.
Banker.az xəbər verir ki, zavoda rəhbərlik Abas Quliyev Zakir oğluna həvalə olunub.
Xatırladaq ki, “Bakı Cihazqayırma Zavodu” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22 913 728 manatdır. Müəssisə 2006-cı ildən nazirliyin tabeliyində fəaliyyət göstərir.