“Bakı Dəmir Beton – 4” ASC 2023-cü ili 347 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 462 min manat xalis mənfəət ilə bağlamışdır ki, bu da illik müqayisədə 25% azalma deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
2022-ci ildə “Bakı Dəmir Beton – 4″ün əsas əməliyyat gəlirləri 917 min manat ikən, 2023-cü ildə 18% azalaraq 756 min manata düşüb.
31 dekabr 2023-cü il tarixində “Bakı Dəmir Beton – 4” ASC 2 milyon 255 min manat cəmi aktivlərə malik olub. 2022-ci ilin sonunda şirkət 2 milyon 165 min manat cəmi aktivlərə malik idi.
Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 710 min manat, cəmi kapitalı isə 1 milyon 545 min manat təşkil edib.