“Bakı Dəmir Beton – 4” ASC 2024-cü ili 330 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 347 min manat xalis mənfəət ilə bağlamışdır ki, bu da illik müqayisədə 5% azalma deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
2023-cü ildə “Bakı Dəmir Beton – 4″ün əsas əməliyyat gəlirləri 756 min manat ikən, 2024-cü ildə 2% azalaraq 741 min manata düşüb.
31 dekabr 2024-cü il tarixində “Bakı Dəmir Beton – 4” ASC 2 milyon 397min manat cəmi aktivlərə malik olub. Ötən ilin sonunda şirkət 2 milyon 255 min manat cəmi aktivlərə malik idi.
Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 877 min manat, cəmi kapitalı isə 1 milyon 520 min manat təşkil edib.