24 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Bakı Dövlət Universitetinə prorektor təyin edilib

Screen Shot 2021 09 02 at 14.34.20

“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini, coğrafiya elmləri doktoru, professor Fərda İmanov bundan sonra fəlaiyyətini Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində davam etdirəcək. İyulun 26-da “Sukanal” ETLİ-də tədbir keçirilib. “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Fərda İmanovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, onun “Azərsu” ASC-də səmərəli əmək fəaliyyətinin rəhbərlik tərəfindən qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Su təsərrüfatının inkişafındakı xidmətlərinə görə Fərda İmanova “Azərsu” ASC-nin Fəxri fərmanını və xatirə hədiyyəsini təqdim edib.

Tədbirdə çıxış edən “Azərsu” ASC-nin İşlər idarəsinin rəisi Möhsün Quliyev, “Sukanal” ETLİ-nin direktoru Vüqar Mirzəyev və Baş elmi işçi Fazil Əbilov Fərda müəllim haqqında xoş sözlər söyləyərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Sonda Fərda İmanov çıxış edərək, göstərilən diqqət və qayğıya görə “Azərsu” ASC-nin, eləcə də “Sukanal” ETLİ rəhbərliyinə və kollektivə dərin minnətdarlığını bildirib.

 

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər