Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalanıb.
Banker.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün imzalayıb.
“Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin”, – deyə sərəncamda qeyd edilir.
Digər sərəncamla o, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.
E.Babayev Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.
Qeyd edək ki, bu vəzifəni Abel Məhərrəmov 1999-cu ildən 2018-ci ilə kimi tuturdu. Prezidentin 2018-ci ilin noyabrındakı sərəncamından sonra Məhərəmov vəzifəsindən azad edilmişdi.







