12 C
Baku
Sunday, September 29, 2024

Bakı Dövlət Sirkinə yeni direktor təyin olunub

Bakı Dövlət Sirkinə yeni direktor təyin olunub.

Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elmir Hüseynov sirkin direktoru vəzifəsinə təyinat alıb.

Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə faktı “Report”a təsdiqləyib.

Qeyd edək ki, E.Hüseynov 1978-ci il dekabrın 2-də Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alıb.

Azərbaycanda və xaricdə keçirilən çoxsaylı treninq və tədqiqat turlarında iştirak edib. 2017-2020-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstandakı səlahiyyətli nümayəndəsi olub.

Qeyd edək ki, Bakı Dövlət Sirkinin əvvəlki direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bağırzadə bir neçə gün əvvəl 67 yaşında vəfat edib.

90c69c4b 9c7a 3b13 9f49 3f2f17bb240b

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər