Bakı Dövlət Sirkində kadr təyinatı olub.
Sirkin direktoru Elmir Hüseynovun imzaladığı müvafiq əmrlə Kadrlar şöbəsinin rəisi vəzifəsi Günel Əliyevaya həvalə edilib.
Sirkin Kadrlar şöbəsinin rəisi həm də mətbuatla əlaqələr üzrə məsul şəxs sayılır.
Qeyd edək ki, Bakı Dövlət Sirkinin Kadrlar şöbəsinin rəisi Mahir Hümbətov vəzifəsindən azad olunub.