Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov işdən çıxıb.
Bu barədə Sirkin sosial media meneceri Gülşanə Mustafayeva xəbər verib.
O bildirib ki, Elmir Hüseynov öz ərizəsi ilə işdən ayrılıb: “Elmir müəllim iyun ayının 1-dən işdən çıxması ilə bağlı ərizə yazıb. Hazırda sirkin idarə edilməsi direktor müavinə Nahid Ağayevə həvalə olunub”.
Qeyd edək ki, bu barədə ilk xəbəri bakupost.az verib.