Bakı Dövlət Universiteti publik hüquqi şəxs “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə 11 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Bakı Dövlət Universitetinin Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 9 mərtəbəli, zirzəmiyə malik 2 saylı Tədris binasının əsaslı təmir işlərinin satın alınması (2-ci elan) nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 10 950 396 manatdır.