Bakı Dövlət Universiteti publik hüquqi şəxs tender elan edib.
Banker.az xəbər verir ki, tenderdə Bakı Dövlət Universitetinin Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 10 mərtəbəli, zirzəmili, 1 nömrəli tədris binasının əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur.
Ehtimal olunan qiymət 25 069 900 manat təşkil edir.