Bakı dünyanın ən bahalı şəhərləri siyahısına düşüb

Bakı bulvarı

Dünyanın ən bahalı şəhərləri siyahısında Bakı 390-cı yerdədir.

Bu barədə yaşayış qiymətinin indeksi ilə bağlı yanvar hesabatını dərc edən “Numbeo” bazasının saytında deyilir.

Məlumata görə, Sürix, Bazel və Lozanna dünyanın ən bahalı şəhərləridir. Reytinqdə dördüncü və beşinci yeri də İsveçrə şəhərləri – Cenevrə və Bern tutub. İlk onluqda sonrakı yerlərdə Stavanqer, Oslo, Tronxeym (Norveç), Reykyavik (İslandiya) və Berqen (Norveç) qərarlaşıb.

Ümumilikdə reytinqə 440 şəhər daxil edilib. Yaşayış dəyəri mağazalarda və restoranlarda qiymətlər, nəqliyyat və kommunal xərclər, habelə əhalinin alıcılıq qabiliyyəti əsasında hesablanıb. Kirayə tutmaq və ya ev almaq xərcləri ayrıca qeyd edilib.

©Oxu.az


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları