23 C
Baku
Sunday, September 29, 2024

Bakı dünyanın ən böyük maliyyə mərkəzləri siyahısında 96-cıdır

Yenə də Avropa paytaxtlarından biri liderlik edir.

Banker.azın verdiyi məlumata görə, Böyük Britaniyanın Avropa İttifaqını tərk etmək qərarına baxmayaraq, dünyanın ən böyük maliyyə mərkəzləri siyahısında London birinci yerdə qalıb. Bu haqda hər altı aydan bir Global Financial Centres Index (GFCI) göstəricilərini hesablayan maliyyə konsaltinq şirkəti Z/Yen Group Ltd-nin hesabatında məlumat verilib.

Nyu-York ikinci sırada yerini saxlayıb, həmçinin Britaniyanın paytaxtı ilə arasındakı məsafəni olduqca qısaldıb, indi onları yalnız 1 bənd ayırır.

Siyahıda üçüncü yeri Sinqapurla (4-cü yer) arasındakı məsafəni artıran Honkonq tutub. Beşinci sırada Tokio yer alıb.

Onluğa Şanxay, Toronto, San-Fransisko, Sidney və Boston kimi şəhərlər daxil olublar. Sürix və Pekin isə TOP-10-dan çıxıblar.

Bakı bu siyahıda 96-cı yerdə qərarlaşıb.

Ümumiyyətlə, Z/Yen ekspertləri aparıcı beynəlxalq maliyyə mərkəzlərinə olan inamın artması barədə danışırlar — TOP-25 reytinqləri artır. Eyni zamanda mərkəzlərə olan inamın göstəriciləri son 50 mövqedə aşağı düşür. 96 şəhərin daxil olduğu tam siyahıya burada baxmaq olar.

Son xəbərlər
Digər xəbərlər