4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Bakı dünyanın 50 ən təhlükəsiz şəhəri sırasında – SİYAHI

Bakı dünyanın ən təhlükəsiz şəhərləri siyahısına daxil edilib.

Bu barədə “The Economist Intelligence Unit” və “The Economist” nəşrləri tərəfindən tərtib edilən illik hesabatda qeyd olunub.

Siyahıda dünyanın 60 şəhəri yer alıb ki, bunların hər biri rəqəmsal təhlükəsizlik, səhiyyə və infrastrukurun təhlükəsizliyi, şəxsi təhlükəsizlik və s. tipli 57 müxtəlif göstərici əsasında təhlil edilib.

Azərbaycan paytaxtı maksimum 100 xaldan 56,4-ünü toplayaraq 49-cu yerdə qərarlaşıb. Həmçinin, Bakı rəqəmsal təhlükəsizlik üzrə 46-cı, səhiyyənin təhlükəsizliyi üzrə 41-ci, infrastruktur təhlükəsizliyi üzrə 54-cü, şəxsi təhlükəsizlik üzrə isə 49-cu pillədə yer alıb.

İlk beşlikdə Tokio, Sinqapur, Osaka, Amsterdam və Sidney qərarlaşıb.

Siyahı ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

©Qafqazinfo.az

 

Son xəbərlər
Oxşar xəbərlər