“Bakı Elektroştamp” ASC 2021-ci ili 195 min 902 manat zərərlə başa vurub.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Bakı Elektroştamp”ın cəmi aktivləri 2 milyon 70 min manat olub ki, bu da illik müqayisədə 7% azalma deməkdir. 2020-ci ildə şirkətin aktivləri 2 milyon 225 min manat təşkil edib.
31 dekabr 2021-ci il tarixinə “Bakı Elektroştamp”ın cəmi kapitalı 2 milyon 225 min manatdan 2 milyon 30 min manata düşüb.