“Bakı Əyrici Toxucu” ASC 2024-cü ili 713 min manat mənfəətlə başa vurub. 2023-cü ildə şirkət 1 milyon 158 min manat mənfəət əldə edib ki, bu da illik müqayisədə mənfəətin 38% azalması deməkdir.
Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Bakı Əyrici Toxucu”nun ümumi gəlirləri 8 milyon 654 min manat (əvvəlki ilə nisbətən 23% az) , cəmi əməliyyat xərcləri 7 milyon 605 min manat, mənfəət vergisi üzrə ödəmələri 242 min manat təşkil edib. 2023-cü ildə “Bakı Əyrici Toxucu” ASC-nin satışdan gəlirləri 11 milyon 260 min manat, cari əməliyyat xərcləri isə 9 milyon 712 min manat olub.
31 dekabr 2024-cü il tarixinə “Bakı Əyrici Toxucu” ASC-nin cəmi aktivləri 2% azalaraq 3 milyon 892 min manat, cəmi öhdəlikləri 25.5% azalaraq 1 milyon 180 min manat, cəmi kapitalı isə 13.3% artaraq 2 milyon 712 min manat olub.