18 C
Baku
Monday, September 16, 2024

Bakı Fond birjası ötən il zərər edib: Gəlirləri düşüb, xərclər artıb

“Bakı Fond Birjası” QSC 2021-ci ili 270 min manat zərər edib.

Bu barədə Banker.az birjanın illik maliyyə hesabatına istinad edir.

Hesabata görə, fondun əqdlər üzrə tarif gəlirləri azalaraq 1.88 mln. manata düşüb. 2020-ci il üzrə bu 2.2 mln. manat idi.

Zərər etməsinə səbəb isə əməliyyat xərclərinin artaraq 1.86 milyon manatdan 2.27 mln. manata qədər yüksəlmədir.

Qeyd edək ki, 2020-ci ildə 826 min manat xalis mənfəət əldə etmişdi.

2121212122

 

Son xəbərlər
Digər xəbərlər