11 C
Baku
Sunday, May 19, 2024

Bakı Fond Birjası repo əməliyyatları ilə bağlı qaydalar müəyyən etdi

Bakı Fond Birjası repo əməliyyatları ilə bağlı yeni qayda müəyyən edib.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Bakı Fond Birjası tərəfindən repo predmeti hesab edilən korporativ qiymətli kağızlar üçün repo əməliyyatları üzrə likvidliyin və risk idarəetmə mexanizmlərinin optimallaşdırılması məqsədilə təminat əmsalının hesablanması, müəyyən olunması və açıqlanmasını tənzimləyən “Repo predmetinin müəyyən olunması və repo əməliyyatları üzrə təminat əmsalının hesablanması və açıqlanması Qaydaları” hazırlanıb və 18 oktyabr 2022-ci il tarixindən qüvvəyə miniub.

Qaydalarla və repo predmetləri üzrə hesablanmış təminat əmsalı ilə aşağıdakı linkələrə daxil olaraq tanış ola bilərsiniz:

https://www.bfb.az/az/view-file/repo-predmetinin-mueyyen-olunmasi-ve-repo-emeliyyatla.pdf

https://www.bfb.az/az/view-file/repo-predmetleri-uzre-hesablanmis-teminat-emsallari.pdf

REPO — Tərəflər arasında dövlət və korporativ qiymətli kağızları ilə repo və əks-repo əməliyyatları bağlanıldığı bazardır.

Repo bazarı Bazar iştirakçıları üçün qısamüddətli borc cəlb etmə imkanları təqdim edir. Bazar iştirakçıları burada öz aralarında repo əməliyyatları bağlayaraq qısamüddətli maliyyə ehtiyaclarını təmin edə bilərlər.

Repo əməliyyatı – Repo predmeti olan investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılmasıdır (alınmasıdır).

Son xəbərlər
 ⁠
Digər xəbərlər