Bakı Fond Birjası (BFB) tərəfindən yenilənmiş “Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları” 6 may 2026-cı il tarixindən etibarən rəsmi olaraq qüvvəyə minib.
Banker.az bunu BFB-yə istinadən xəbər verir.
Qeyd edək ki, yenilənmiş qaydalar kapital bazarlarında daha çox şəffaflıq, yeni imkanlar və beynəlxalq standartlara uyğunluğu təmin edir.
Əsas dəyişikliklər aşağıdakıları əhatə etmişdir:
Listinq tələbləri təkmilləşdirildi – bazarın inkişafı və likvidlik artırılır
Yeni “İnkişaf Bazarı” seqmenti yaradıldı – real sektor şirkətləri üçün yeni imkanlar təqdim edilir
Açıqlanma tələbləri gücləndirildi – daha şəffaf məlumat axını təmin edilir
Delistinq prosedurları dəqiqləşdirildi – investorların maraqları qorunur.
Yenilənmiş qaydaların tətbiqi Azərbaycanın kapital bazarının dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir.







