-1 C
Baku
Sunday, December 15, 2024

Bakı Fond Birjası tarixi ərzində ən böyük mənfəətini edib

“Bakı Fond Birjası” QSC-nin (BFB) ötən il üzrə gəlirləri 4 dəfəyə yaxın artıb.

Banker.az xəbər verir ki, bu barədə 31 dekabr 2017-ci il tarixinə olan maliyyə hesabatında deyilir.

Hesabata görə, ötən ilin 4 rübü ərzində BFB-nin cəmi gəlirləri 2 mln. 764 min manat təşkil edib ki, bu da hesabat dövründən öncəki illə müqayidə 290 %-dən çox artımın olması demədkir.

Gəlirlərin artması fonunda BFB xərclərini optimallaşdırmağa nail olub. Belə ki, 2016-ci il ərzində işçilərin əmək haqlarına 814 min manat xrəc çəkdiyi halda 2017-ci il ərzində 696 min manata kimi azalda bilib. Beləliklə fond ötən ilin 4 ayını 1 mln. 471 min manat xalis mənfəətlə bitirib. Qeyd edək ki, 2016-cı ili 116 min manat zərərlə bitirmişdi.

Ümümiyyətlə, yuxarıda qeyd edilən mənfəət BFB tarixində ən böyük rəqəmdir.

Fond Birjasının cəmi aktivləri 2 dəfəyə yaxın artraq 4 mln. 566 min manat olub. Bununda əsas səbəbi Kredit Təşkilatlarından alınacaq məbləğlərin kəskin böyüməsidir.

Fond birjasının cəmi kapitalı hazırda 4 mln. 641 min manatdır ki, bunun da 1mln. 260 min manatı səhm kapitalı və digər 3 mln. 229 min manatı bölüşdürülməmiş mənfəətdir.

Səhmdarlar dəyişməz qalıb:

1. “Kapital Bank” ASC
2. “Borsa İstanbul A.Ş”
3. “Unicapital İnvestisiya Şirkəti” ASC
4. “Kapital Menecment İnvestisiya Şirkəti” ASC
5. “Standard Kapital” MMC
6. “Dəmir İnvestisiya Şirkəti” QSC
7. “İnvest-AZ İnvestisiya Şirkəti” QSC
8. “Azərbaycan Sənaye Bankı” ASC
9. “Azər-Türk Bank”ASC
10. “Kapital Partners” MMC
11. “Respublika İnvest” MMC
12. “Xalq Kapital” MMC
13. “Bob Broker” MMC
14. “Brokdil-Az” MMC
15. “Caspian Financial LTD”
16. “Mars İnvestment” MMC
17. Qlobal Menkul Deqerler AS
18. “Yapı kredi İnvest” MMC
19. “Yunayted Kredit Bank ASC
20. “Azərbaycan Beynəlxalq Bankı” ASC

Son xəbərlər
Digər xəbərlər