2 C
Baku
Monday, March 4, 2024

Bakı Fond Birjasıda yanvarda ₼2.3 milyardlıq əməliyyat aparılıb

Bu ilin yanvar ayında Bakı Fond Birjasıda (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 2 milyard 269.04 milyon manat təşkil edib.

Banker.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54.1 % çoxdur.

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaları üzrə ticarət həcmində 334%, repo əməliyyatları üzrə isə 103 % böyümə qeydə alınmışdır. Həmçinin, ötən ilə müqayisədə dövlət qiymətli kağızlar bazarının ilkin bazarı üzrə 29 % artım qeydə alınmışdır.

2024-cü ilin yanvar ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 5,768,811,684 manat təşkil etmişdir.

3456789

Son xəbərlər
Digər xəbərlər