27 C
Baku
Sunday, July 21, 2024

Bakı Fond Birjasında əməliyyatların həcmi 15 mlrd. manata çatıb

Bakı Fond Birjasında 2024-cü ilin yanvar-may ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi  14.69 mlrd. manat təşkil etmişdir.

Banker.az bunu BFB-yə istinad edir.

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 42%, dövlət qiymətli kağızların ticarət həcmində isə 31% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 221% artım olmuşdur. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 123% artım qeydə alınıb.

2024-cü ilin May ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5.77 mlrd. manat təşkil edib.

BFB-nin ticarət dövriyyəsinin cədvəli

Bazarlar / Əməliyyatlar 01.01.2024-31.05.2024 01.01.2024-31.05.2024
  Əqdlərin həcmi (manatla)  Əqdlərin sayı  Əqdlərin orta günlük** həcmi (manatla)   Əqdlərin orta günlük sayı 
   
1. Dövlət qiymətli kağızları 3,253,159,789 1,272 33,887,081 13.25
1.1. İlkin bazar 2,512,245,401 558 26,169,223 5.81
Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi) 1,354,747,920 375 14,111,958 3.91
ARMB* qiymətli kağızları  1,157,497,480 183 12,057,265 1.91
1.2. Təkrar bazar 740,914,388 714 7,717,858 7.44
Dövlət istiqrazları 446,108,082 619 4,646,959 6.45
ARMB qiymətli kağızları  294,806,307 95 3,070,899 0.99
2. Korporativ qiymətli kağızlar 846,637,591 1,406 8,819,142 14.65
2.1. İlkin bazar 497,878,592 301 5,186,235 3.14
2.1.1. Səhmlər  6,421,450 10 66,890 0.10
2.1.2. İstiqrazlar  491,457,142 291 5,119,345 3.03
–  İpoteka istiqrazları  250,160,831 7 2,605,842 0.07
–  Digər istiqrazlar 241,296,311 284 2,513,503 2.96
2.2. Təkrar bazar 348,758,999 1,105 3,632,906 11.51
2.2.1. Səhmlər  6,761,316 810 70,430 8.44
2.2.2. İstiqrazlar  341,997,682 295 3,562,476 3.07
–  İpoteka istiqrazları  283,030,823 14 2,948,238 0.15
–  Digər istiqrazlar 58,966,860 281 614,238 2.93
3. Repo əməliyyatları  10,586,851,511 3,155 110,279,703 32.86
Dövlət istiqrazları üzrə  9,142,233,121 2,802 95,231,595 29.19
ARMB qiymətli kağızları üzrə 862,580,699 295 8,985,216 3.07
Korporativ qiymətli kağızlar üzrə  582,037,691 58 6,062,893 0.60
Cəmi (1+2+3) 14,686,648,891 5,833 152,985,926 60.76
  –  o cümlədən: ilkin bazar     3,010,123,993 859 31,355,458 8.95
  –  o cümlədən: təkrar bazar  1,089,673,387 1,819 11,350,764 18.95
Son xəbərlər
Digər xəbərlər