Bakı Fond Birjasında 2024-cü ilin yanvar-fevral ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 5 mlrd. 303 mln. manat təşkil etmişdir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 140% böyümə qeydə alınıb.
Banker.az bu barədə BFB-yə istinadən xəbər verir.
Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 297%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 84 % böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 186 % artım olmuşdur.
O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 13 dəfə artım qeydə alınmışdır.
2024-cü ilin fevral ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5 milyard 768.81 mln. manat təşkil edib.