9 C
Baku
Monday, November 18, 2024

Bakı Fond Birjasında əməliyyatların həcmi 13 milyard manatı ötdü

Bakı Fond Birjasında 2021-ci ilin 01.01.2021-31.10.2021 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 13,039,909,092 manat təşkil etmişdir.

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 28 %, İpoteka istiqrazları istisna olmaqla digər korporativ qiymətli kağızların ticarət həcmində 269 %, repo əməliyyatları üzrə isə 245% böyümə qeydə alınmışdır. 

2021-ci ilin oktyabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 10% artaraq 4,259,211,229 manat təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər