Bakı Fond Birjasında 2023-cü ilin fevral ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi illik müqayisədə 30% azalaraq 2 212 274 509 manat təşkil edib.
Bu barədə Banker.az-a BFB-dən bildirilir.
Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət qiymətli kağızaları təkrar bazarı üzrə ticarət həcmində 99%, korporativ qiymətli kağızların repo əməliyyatları üzrə isə 43% böyümə qeydə alınmışdır.
2023-cü ilin fevral ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 3 888 425 158 manat təşkil etmişdir.
BFB-də 01.01.2022-28.02.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 3 180 546 432 manat təşkil etmişdir. 2022-ci ilin fevral ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4 308 190 326 manat təşkil edib.
BFB-nin ticarət dövriyyəsinin cədvəli
Bazarlar / Əməliyyatlar | 01.01.2023-28.02.2023 | 01.01.2022-28.02.2023 | ||
Əqdlərin həcmi (manatla) | Əqdlərin sayı | Əqdlərin orta günlük** həcmi (manatla) | Əqdlərin orta günlük sayı | |
1. Dövlət qiymətli kağızları | 919,274,991 | 423 | 24,191,447 | 11.13 |
1.1. İlkin bazar | 677,704,815 | 234 | 17,834,337 | 6.16 |
Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi) | 325,127,288 | 124 | 8,555,981 | 3.26 |
ARMB* qiymətli kağızları | 352,577,528 | 110 | 9,278,356 | 2.89 |
1.2. Təkrar bazar | 241,570,175 | 189 | 6,357,110 | 4.97 |
Dövlət istiqrazları | 124,919,038 | 163 | 3,287,343 | 4.29 |
ARMB qiymətli kağızları | 116,651,137 | 26 | 3,069,767 | 0.68 |
2. Korporativ qiymətli kağızlar | 80,506,858 | 547 | 2,118,602 | 14.39 |
2.1. İlkin bazar | 1,190,000 | 5 | 31,316 | 0.13 |
2.1.1. Səhmlər | 290,000 | 3 | 7,632 | 0.08 |
2.1.2. İstiqrazlar | 900,000 | 2 | 23,684 | 0.05 |
– İpoteka istiqrazları | – | – | – | – |
– Digər istiqrazlar | 900,000 | 2 | 23,684 | 0.05 |
2.2. Təkrar bazar | 79,316,858 | 542 | 2,087,286 | 14.26 |
2.2.1. Səhmlər | 680,444 | 353 | 17,906 | 9.29 |
2.2.2. İstiqrazlar | 78,636,414 | 189 | 2,069,379 | 4.97 |
– İpoteka istiqrazları | 45,599,123 | 4 | 1,199,977 | 0.11 |
– Digər istiqrazlar | 33,037,290 | 185 | 869,402 | 4.87 |
3. Repo əməliyyatları | 1,212,492,660 | 943 | 31,907,702 | 24.82 |
Dövlət istiqrazları üzrə | 1,171,532,849 | 897 | 30,829,812 | 23.61 |
ARMB qiymətli kağızları üzrə | 28,637,643 | 13 | 753,622 | 0.34 |
Korporativ qiymətli kağızlar üzrə | 12,322,169 | 33 | 324,268 | 0.87 |
Cəmi (1+2+3) | 2,212,274,509 | 1,913 | 58,217,750 | 50.34 |
– o cümlədən: ilkin bazar | 678,894,815 | 239 | 17,865,653 | 6.29 |
– o cümlədən: təkrar bazar | 320,887,033 | 731 | 8,444,396 | 19.24 |
* ARMB – Azərbaycan Respublikasının Mərkəzi Bankı
** Tircarət günlərinin sayı –38 gün